29 09 2020-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
29/09/2020
28/09/2020
27/09/2020
26/09/2020

114 yoluxma, 138 sağalma var

16.09.2020

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1953 nəfərdir

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 200 029 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilir.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

Sentyabrın 14-də Bakıda metronunn hərəkəti bərpa ediləcək. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.