19 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycan velosipedçisi Türkiyədə üçüncü olub

15.09.2020


Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı "Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.

"Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan E.Əsədov birgünlük yarışda üçüncü nəticə göstərib. Velosipedçimiz 176 kilometr məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o, 78 velosipedçi arasında 18-ci olub.