Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında 
    
                         
     
                         15.09.2020
 
    
                        
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında uçuşlara başlayıb.
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14:00-dan etibarən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin Gəncə şəhəri üzərində nümunəvi uçuşları keçirilir.
Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.
Gəncə sakinləri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının uçuşlarını böyük qürur və sevinclə izləyirlər.