29 09 2020-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
29/09/2020
28/09/2020
27/09/2020

Elçibəyin ev muzeyi yaradılır - Ərturqut

15.09.2020

Hökumət tərəfindən təmir olunan Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin evində onun muzeyini açmaq bir az vaxt alacaq.

Bunu Kult.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev atasının ev muzeyinin nə zaman açılacağı ilə bağlı danışarkən deyib. O bildirib ki, muzeydə Əbülfəz Elçibəyin əşyaları sərgilənəcək:

"Bütün əşyalarını qoruyub saxlamışıq. Keçmiş prezidentin həyat yoldaşı kimi anamın əşyaları da həmin muzeydə sərgilənəcək. Uzun müddət idi ki, Naxçıvanda idim. Karantinə görə yollar bağlanmışdı. Orada qalmışdım. İndi Bakıdayam və bu işlərlə məşğul olacağam”.

Qeyd edək ki, eks-prezident Əbülfəz Elçibəyin evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib.