24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ səfirliyinin ərazisinə bomba atılıb

15.09.2020


İraqın paytaxtı Bağdaddakı "Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinin yaxınlığına bomba atılıb.

İraq mətbuatına istinadla xəbər verir ki, səfirliyin yaxınlığına iki bomba atılıb. Partlayışın təsirindən bəzi binalara yüngül zərər dəyib.

Hadisə yerinə gələn xüsusi xidmət orqanları araşdırma aparırlar. Hadisənin terror aktı olması istisna edilmir. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Cari ildə ABŞ-ın İraqdakı səfirliyi bir neçə dəfə terror hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində səfirliyin binasına ciddi ziyan dəyib.