29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda daha bir “BakuBus” yandı

15.09.2020

Bu gün səhər saatlarında paytaxtda daha bir avtobusda yanğın baş verib. 

Bu dəfə 88A nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 99 JH 038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın qeydə alınıb.

Yanğın avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib.

Əvvəlcə sürücü avtobusda texniki nasazlıq hiss edib. Avtobus yolda olarkən isə yanğın baş verib.

Hadisə zamanı avtobusda sərnişin olmadığı üçün xəsarət alan olmayıb. 

Qeyd edək ki, bu, son 15 gün ərzində "BakuBus”a məxsus ikinci avtobusdur ki, depoya gedərkən yanır.