29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

10 tələbəyə təqaüd veriləcək

14.09.2020

Pandemiya dövründə dərs ilinin başlanmasını Yeni Azərbaycan Partiyası yeni layihəsi ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 AZN məbləğində partiya təqaüdü verilməsi qərarı alınıb.

Partiya təqaüdünə namizədlərin Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi nəzərdə tutulur.

"Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhvə verə biləcəkdir", - deyə YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev səsləndirib.

Hüseyn Paşayev daha sonra qeyd edib ki, 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən məktəblilərin "Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir. Hazırda 70 nəfər tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə 2004-cü ildən bu yana 150-dən artıq tələbəyə Yeni Azərbaycan Partiyasının təqaüdləri verilib.