29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən Yunanıstanla bağlı YENİ açıqlama

14.09.2020

Türkiyənin heç kimin torpağında gözü yoxdur. Amma haqqını və hüququnu kimsəyə yedirtməməkdə də qərarlıdır.

Türkiyə Prezidenti Ərdoğanın sözçüsü İbrahim Qalın Yunanıstan və Şərqi Aralıq dənizində müşahidə olunan gərginliklə bağlı rəsmi Ankaranın mövqeyini açıqlayarkən belə deyib.

İbrahim Qalın bəyan edib ki, Türkiyə iradəli Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həm meydanda, həm də masada güclü aktor olaraq haqq və mənafelərini hər zaman qoruyacaq:

"Yunanıstan və Avropa Birliyi ölkələri diplomatiyanın verdiyi şansı sərf etməli, buna uyğun addımlar atmalıdır. Şərqi Aralıq dənizi problemlərinin sülh yolu ilə həlli mümkündür. Prinsiplərə söykənən əhatəli, ədalətli və konstruktiv töhfələr rasional yanaşmaları təmin edəcək. Türkiyənin kiminsə torpağında gözü yoxdur. Ancaq heç kimsəyə də haqqını və hüququnu yedirtməməkdə qərarlıdır”.