29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur ifaçının vəziyyəti daha da PİSLƏŞDİ

14.09.2020

Qarmon ifaçısı Gülbahar Şükürlünün səhhəti pisləşib.

ifaçının ailə üzvü Teleqraf.com-a açıqlamasında Gülbahar Şükürlünün səhhəti yaxşı olmadığını deyib:

"Danışır, yemək yeyir, amma başı hərlənir. Əməliyyata getməlidir. Son bir həftədə bildik ki, vəziyyəti yaxşı deyil. Ona xərçəng diaqnozu qoyuldu. Başında şiş tapılıb. Təcili əməliyyat edilməlidir. Yaxınlarının təkidi ilə yəqin ki, əməliyyata razı salacaqlar. Evdə yatır, yaxınlarını tanıyır. Nitqi də normaldır”.

Qarmon ifaçısının maddi sıxıntısı da olduğu qeyd edilib:

"Maddi sıxıntı var. Pandemiya dövründə iş yox idi. Pandemiyadan öncə də toy mərasimlərinə getmirdi. Kənardan gəliri yoxdur və övladlarının da işi yoxdur. Müalicə üçün Heydər Əliyev Fonduna müraciət ediləcək”.