18 09 2020-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
18/09/2020
17/09/2020
16/09/2020
15/09/2020

Ermənistan mətbuatı: "3 milyonluq Turan ordusu Qarabağa gəlir"

14.09.2020

Ermənistanda "Böyük Turan” ordusu qorxusu yaranıb.

Ermənistan mediası 3 milyona yaxın canlı qüvvənin birləşəcəyi bu ordunun Avrasiyada bütün qüvvələri əzib keçəcəyindən və bunun İrəvan üçün gələcək təhlükəsindən bəhs edir.

"Ermənistanın səsi” saytı yazır ki, Turan ordusunun qurulması məsələsi yeni deyil:

"Vaxtilə Türkiyənin nüfuzlu "Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hüquq-mühafizə orqanlarının hərbi statusla birləşdirilməsindən yazırdı. Hərbi statuslu hüquq-mühafizə orqanlarını birləşdirən belə bir ordu 2 milyon 800 min əsgərdən ibarət olacaqdı. Azərbaycan mediası bu ordunun Dağlıq Qarabağda anti-terror əməliyyatı keçirə biləcəyi haqda tez-tez yazır. İndi belə bir ordunun yaradılması layihəsində Mərkəzi Asiyanın hansı ölkəsinin yer alacağı bilinməsə də, ideyanın əməli işdə həyata keçirilməyə başlandığını deyə bilərik”.

Sayt Azərbaycan və Türkiyənin son dövrlər hərbi sferada daha da yaxınlaşmasını Turan ordusunun yaradılması istiqamətində ciddi addım olduğunu yazır.