06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikolun manevri: Karantin rejimi sərtləşdirilir

14.09.2020

Karantin rejimini daha da sərtləşdirəcəyik. Hər kəs anlamalıdır ki, biz buna məcburuq.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. N.Paşinyanın sözlərinə görə, payız dönəmində koronavirus ölkəni iflic vəziyyətinə sala bilər:

"Nazirlər Kabinetinə göstəriş vermişəm ki, qaydaları daha da sərtləşdirsinlər. Epidemiyanın kökünü kəsmək üçün başqa əlac qalmır. Çünki məktəblər açılır. "Məktəblərin açılması uşaqlarımızın riskə atılmasıdır” - deyənlər var. Məktəbləri açmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Onları da qorumaq üçün qərarlar qəbul edə bilərik”.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejiminin 11 yanvar 2021-ci ilədək uzadılması narazılıqla qarşılanıb. Xüsusilə ölkədəki acınacaqlı iqtisadi vəziyyətə görə ölkədən getmək istəyənlər yolların açılması tələbi ilə aksiyalara başlayıblar.

Ekspertlər isə Nikol Paşinyanın müxalifətin siyasi təzyiqlərini neytrallaşdırmaq üçün koronavirus pandemiyasından sui-istifadə etdiyini bildirib.