06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəstəxanadan Əli Həsənovla bağlı daha bir AÇIQLAMA

12.09.2020

Xəbər verdiyimiz kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənov Türkiyənin "Siyami Ersek” ürək-damar xəstəlikləri xəstəxanasında müalicə və müayinə aldığını açıqlayıb.
Dövran Media xəbər verir ki, demokrat.az məsələ ilə bağlı informasiya əldə etmək üçün "Siyami Ersek" ürək-damar xəstəlikləri xəstəxanası ilə əlaqə saxlayıb.

Tibb ocağından sayta bildirilib ki, sözügedən xəstəxanada Əli Həsənov adlı şəxs olmayıb. O da deyildi ki, xəstəxanada ciddi rejimdə müalicə alan pasiyentlər qeydiyyata düşür. Lakin Əli Həsənov adında kimsə pasiyent kimi nə xəstəxanaya müraciət edib və nə də həmin xəstəxanada qeydiyyata düşüb.

Xatırladaq ki, Ə.Həsənov avqustun sonlarında adıçəkilən xəstəxanada müayinə və müalicə aldığını mətbuata açıqlamışdı. O, Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamana ehtiyac olduğunu bildirmişdi.