04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı “Tank” döyüşə bilməyəcək - VİDEO

12.09.2020

Rusiyanın Sankt-Peterburq şəhərində "M1 Selection Online” MMA turniri keçirilib.
Döyüşlər Liviyada qaçırılmış rusiyalı sosioloq Maksim Şuqaleyə həsr olunub.

"Tinkoff Arena”da gecənin əsas döyüşü WAMMA üzrə azərbaycanlı dünya çempionu Zaur Hacıbabayevlə rusiyalı İsmayıl Saqov arasında baş tutub. Ağır çəkidə baş tutan döyüşdə 31 yaşlı azərbaycanlı idmançı rəqibinə qalib gəlib.

Daha bir döyüşdə azərbaycanlı MMA idmançısı iştirak etməli idi. Lakin 77,1 kq çəki dərəcəsində Tahir Abdullayevlə rusiyalı Ramazan Həsənov arasında keçirilməli döyüş baş tutmayıb. Buna səbəb 23 yaşlı "Tank” ləqəbli Tahir Abdullayevin (11 döyüşə cəmi bir məğlubiyyəti var – S.M.) özünü pis hiss etməsi və döyüşdən imtinası olub.

Ramazan Həsənov "Instagram” hesabında bu rəqiblə döyüşmək üçün yeni tarixin təyin olunmasını istəyib.