04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meksika 32 milyon “Sputnik V” vaksin dozası sifariş verib

11.09.2020


Rusiyanın Birbaşa İnvestisiyalar Fondu 32 milyon "Sputnik V” peyvənd dozasının Meksikaya çatdırılması üzrə sazişin imzalandığını bildirib.

Meksikaya çatdırılacaq vaksin partiyası ölkədə yaşayan hər dörd nəfərdən birini peyvənd etməyə imkan verəcək.

"Sentyabrın 9-da Rusiyanın Birbaşa İnvestisiyalar Fondu və "Landsteiner Scientific” əczaçılıq kompaniyası Meksikaya 32 milyon "Sputnik V” vaksin dozasının çatdırılması barədə sazişin imzalandığını elan edib. Meksikanın dövlət tənzimləmə orqanlarının razılığı alınsa, vaksinlər 2020-ci ilin noyabrında ölkəyə çatdırılmağa başlanılacaq”, - deyə məlumatda qeyd olunur.

Bundan başqa, noyabr ayından başlayaraq Braziliyaya 50 milyon "Sputnik V” vaksin dozasının çatdırılması da nəzərdə tutulur.

Qeyd edək ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dimitriev Braziliyanın nəinki klinik sınaqlara qoşulmağa, həm də "Sputnik V” vaksinlərini öz ölkəsində istehsal etməyə hazır olduğunu deyib.