29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yuliya Timoşenko koronovirusdan sağalıb

11.09.2020


Ukraynanın "Batkivşina” partiyasının lideri, Ali Radanın deputatı Yuliya Timoşenkonun koronovirusdan son testi neqativ nəticələnib.

Ukrinform agentliyi xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Marina Soroka özünün "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Yuliya Timoşenko özünü xeyli yaxşı hiss edir, lakin xəstəliyin nəticələri hələ də özünü göstərir.

"Ağ ciyərlərin iltihabı hələ davam edir, lakin müalicə uğurla aparılır. Yuliya Timoşenko yaxın zamanlarda normal həyatına qayıdacaq”, - deyə Marina Soroka bildirib.

Qeyd edək ki, avqust ayının 23-də Yuliya Timoşenkonun koronavirusa yoluxduğu məlum olmuş və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt yerli KİV-lər siyasətçinin süni nəfəs aparatına qoşulduğu barədə məlumat yaymışdı.