09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə prezident və parlament seçkiləri başlayıb - TARİXİ GÜN

24.06.2018

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  başlayıb.

"Dövran Media"nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,  yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatacaq.
Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.  
Qeyd edək ki, Türkiyədə bələdiyyə, prezident və parlament seçkilərinin 2019-ci ildə keçirilməsi nəzərdə tutulsa da, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı  bu il aprelin 17-də partiyasının parlament  fraksiyasının iclasındakı çıxışında "ölkədəki, bölgədəki və dünyadakı  şərtləri” nəzərə alaraq, avqustun 26-da vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsini təklif edib. Növbəti gün D. Baxçalı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra R. T. Ərdoğan iyunun 24-də növbədənkənar parlament və prezident seçkilərinin keçiriləcəyini açıqlayıb, parlament və Ali Seçki Şurası müvafiq qərar qəbul edib.
Bu gün prezidentliyə namizədlərdən hər hansı biri 50%+1 səs ala bilməyəcəyi halda bu turda ən çox səs toplamış  iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda yarışacaq.
Bu parlament seçkisini əvvəlkilərdən fərqləndirən ən önəmli məqam isə seçkidə  partiyaların ittifaq yaratmalarına icazə verilməsidir. 1982-ci ildə qəbul edilmiş Konstitusiya və seçki qanunvericiliyinə görə 10 faizlik baryeri aşan partiyalar parlamentdə təmsil oluna bilərdi. 10%-lik baryeri keçə bilməyən kiçik siyasi partiyalar bu seçkidə yaradılan ittifaqlar nəticəsində parlamentdə mandata sahib ola biləcəklər.