29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Azərbaycanda koronavirusdan 1 nəfər vəfat edib

11.09.2020

Azərbaycanda koronavirus infeksiyasından 171 nəfər sağalıb, 163 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 171 nəfər müalicə olunaraq sağalıb, 163 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 37 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib. Aktiv xəstə sayı 2040 nəfərdir.

Ötən müddət ərzində 995 min 376 test aparılıb. Bugünkü test sayı isə 7108-dır.