29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünən İranda koronavirusdan 115 nəfər ölüb

11.09.2020


Bu günə olan məlumata görə İranda 2 min 313 nəfər koronavirusa yoluxub, 115 nəfər isə vəfat edib.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 397 min 801 nəfər, ölənlərin sayı isə 22 min 913-ə çatıb.

Müalicəsi davam edən 3 min 753 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 342 min 539 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildirlər.