28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Böyük Britaniyadan borcunu tələb edir

11.09.2020


İranın Müdafiə Nazirliyi bəyanat yayaraq Böyük Britaniyadan 40 il əvvəl imzalanmış müqavilənin şərtlərini yerinə yetirməyi və borcunu qaytarmağı tələb edib.

1974-cü və 1976-cı illərdə rəsmi Tehran ilə London arasında hərbi sahədə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Böyük Britaniyanın İrana 1500 tank və 260 zirehli avtomobil satması nəzərdə tutulurdu. Bunun üçün İran Birləşmiş Krallığa 450 milyon funt sterlinq (təxminən 800 milyon dollar) ödəyib. Lakin 1979-cu ildə baş verən islam inqilabından sonra rəsmi London müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək nə pulu qaytarıb, nə də nəzərdə tutulan hərbi texnikanı İrana təhvil verib. Uzun müddət keçməsinə baxmayaraq, İran daim bu məsələni qaldıraraq haqqını tələb edib. Lakin rəsmi London konkret addımlar atmağa tələsmir.

Britaniyanın Müdafiə naziri Ben Uolles İrana borcun olmasını etiraf edib. Lakin o, tətbiq olunan sanksiyaların borcun qaytarılmasına imkan vermədiyini də nəzərə çatdırıb.

İran Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Böyük Britaniya müqaviləyə əməl etməməklə etibarsız tərəfdaş olduğunu göstərir.