09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniyadan vacib qələbə, Meksika və Belçikadan növbəti 3 xal

24.06.2018

Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçirilir.
"Dövran Media"nınməlumatına görə, artıq G qrupunda 2-ci tura start verilib. Belçika Tunislə qarşılaşıb. İlk turda Panamanı məğlub edən "qırmız şeytanlar” bu dəfə də 3 xal qazanmaqla 1/8 finala adlamağı hədəfləyirdi. Roberto Martinesin komandası 5:2 hesablı qələbə qazanmaqla pley-offa vəsiqəni böyük ölçüdə təmin edib.
Bu qrupun digər oyunu sabah keçiriləcək. İngiltərə Panamanı sınağa çəkəcək.
F qrupunda ilk turun matçında Almaniya millisi üzərində sensasion qələbə qazanan Meksika 2-ci turda Cənubi Koreya ilə üz-üzə gəlib. Meksika bu dəfə də qalib gəlməklə (2:1) 1/8 finala yaxınlaşıb. Asiya təmsilçisi isə pley-offa çıxmaq şansını itirib.
Günün əsas matçında Almaniya və İsveç üz-üzə gəlib. Almaniya son dəqiqədə vurduğu qolla vacib qələbə qazanıb - 2:1.
DÇ-2018, qrup mərhələsi
II tur
23 iyun
F qrupu
22:00. Almaniya - İsveç - 2:1
Qollar: Ola Toyvonen, 32 (0:1), Marko Roys, 48 (1:1), Kroos, 90+5 (2:1)
Qırmızı vərəqə: Jerom Boatenq, 82 (Almaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Soçi. "Fişt” stadionu