29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada saxlanılan terrorçu Türkiyəyə gətirilib

11.09.2020


Ukraynada saxlanılan PKK/KCK terrorçusu İsa Özer Türkiyəyə gətirilib.

Terrorçunun Türkiyəyə gətirilməsi qardaş ölkənin Milli Kəşfiyyat Agentliyi tərəfindən keçirilən əməliyyat nəticəsində baş tutub.

Əldə edilən məlumata əsasən, saxlanılması barədə qərar çıxarıldıqdan dərhal sonra Türkiyə ərazisini tərk edən terrorçunun Odessada olduğu müəyyən edilib. Silahlı terror təşkilatına üzv olma şübhəsi ilə axtarışda olan terrorçunun Ukraynada da terror fəaliyyətini davam etdirdiyi bildirilir.