29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası namizədini açıqlayıb

11.09.2020


Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərindən sonra qurulacaq hökumətdə baş nazir vəzifəsinə namizədini açıqlayıb.

Partiya seçkilərdə qalib gələcəyi təqdirdə baş nazir vəzifəsinə hazırkı hökumət başçısı Giorgi Qaxarianın namizədliyini irəli sürüb. Gürcüstan parlamentinin sədri vəzifəsinə isə hazırki sədr Arçıl Talakvadzenin namizədliyi göstərilib.

Partiyanın proporsional seçki siyahısının ilk iyirmiliyində yer alan şəxslərin də adları açıqlanıb. Partiyanın majoritar seçki siyahısında azərbaycanlılardan Marneuli şəhərinin meri Zaur Darğallının namizədliyi irəli sürülüb. Proporsional siyahıda isə hələlik heç bir azərbaycanlı namizədin adı açıqlanmır.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Giorgi Qaxaria jurnalistlərə açlqlamasında deyib ki, seçkilərdən sonra ölkədə koalision hökumətə ehtiyac olmayacaq. "Ona görə ki, "Gürcü arzusu” partiyası seçkilərdə parlaq qələbə qazanacaq” – deyə, Qaxaria vurğulayıb.