29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Atatürk Havalimanı hücumunu planlayan Çatayevin vəkili tutuldu

10.09.2020


Terror təşkilatı İŞİD-in liderlərindən biri olduğu bildirilən şəxs Ukraynanın paytaxtı Kiyevdə tutuldu. Şübhəlinin 2016-cı ildə Atatürk Hava Limanına hücumu planlaşdırmaqda şübhəli bilinən Əhməd Çatayevin köməkçisi olduğu bildirildi.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) İnterpolun axtardığı terror təşkilatı İŞİD-in ən yüksək səviyyəli rəhbərlərindən birinin paytaxt Kiyevdəki bir əməliyyatda tutulduğunu açıqladı.

Keçmiş Sovet ölkələrindən birinin vətəndaşı olduğu bildirilən hökmdarın Suriya və İraqdakı silahlı qarşıdurmalara qatıldığı və terror aktları təşkil etdiyi bildirildi.

"ATATÜRK HAVALİMANI HÜCUMU İLƏ BAĞLI"

Şübhəlinin 28 iyun 2016-cı il tarixdə İstanbul Atatürk Hava Limanına 45 nəfərin həyatını itirdiyi hücumu planlaşdırmaqda şübhəli bilinən Əhməd Çatayevin köməkçisi olduğu bildirildi.

Terror təşkilatı üzvünün 2018-ci ildə saxta sənədlərlə Ukraynaya girdiyi və Kiyevdə cinayət təşkilatı qurduğu qeyd edildi. Tutulan terror təşkilatı üzvünün 40 günlük həbs cəzası alındıqdan sonra İnterpola təhvil veriləcəyi açıqlandı.

Atatürk Havalimanı hücumunun planlayıcısı olduğu bildirilən Çatayev, 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən əməliyyatda ölü tutuldu.

Terror təşkilatı İŞİD, 28 iyun 2016-cı il tarixində saat 21.22-də İstanbul Atatürk Hava Limanında silah və bomba ilə intihar hücumu həyata keçirdi.

Üç İŞİD təcavüzkarı əvvəl beynəlxalq terminalda uzun lüləli silahlarla atəş açdı, sonra üzərindəki bombaları işə saldı. Hücumda 45 nəfər ölüb, 236 nəfər yaralanıb.

İki təcavüzkar intihar jiletlərini partlataraq öldü, üçüncü təcavüzkar isə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü. (DHA)