29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən ərəblərə sərt reaksiya: Rədd edirik!

10.09.2020

Ərəb Dövlətləri Liqasının Türkiyəyə qarşı ittihamlarını rədd edirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Bu ittihamların heç bir əsası yoxdur. Çünki Türkiyə ərəb ölkələrinin ərazi bütövlüyünə və bölgənin sabitliyinə böyük əhəmiyyət verir. İttihamların arxasındakı qüvvələrdən fərqli olaraq, Türkiyənin bu ölkələrin qorunması üçün göstərdiyi səylər hər kəsə məlumdur. Suriyanı parçalamağa çalışan, İraqın ərazi bütövlüyünə təhdid yaradan terrorçuları dəstəkləyən, Liviyada qiyamçı qüvvələrin yanında yer alan, rejimlərə, muzdlulara dəstək verən hökumət rəhbərlərindən fərqli olaraq, Türkiyə bölgədəki sabitliyi və sülhü təmin etmək üçün mübarizəsinə qətiyyətlə davam edəcək”, - bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu Qeyt Türkiyənin ərəb dövlətlərinin daxili işlərinə müdaxiləsinin artdığını iddia edib.