29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Uşaqpulu” bərpa olunmalıdır - DEPUTAT

10.09.2020

Deputat Vahid Əhmədov Milli Məclisdə bank sisteminin vəziyyəti barədə dinləmələrin keçirilməsini təklif edib.

"Azərbaycanda bank sisteminin vəziyyəti yaxşı deyil. İnsanlar hələ də kreditlə bağlı şikayətlər ünvanlayırlar. Təklif edirəm ki, Milli Məclisdə bank sisteminin vəziyyəti barədə dinləmələr keçirilsin”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, əhalinin kreditə çıxış imkanlarında hələ də problemlər qalır. Millət vəkili Rəqabət Məcəlləsinin qəbul olunmasının da vacibliyini vurğulayıb.

Onun fikrincə, Rəqabət Məcəlləsinin qəbulu Azərbaycan iqtisadiyyatında rəqabəti stimullaşdırar və monopoliyanı aradan qaldıra bilər. V.Əhmədov Azərbaycanda "uşaqpulunun” bərpasının zəruri olduğunu da qeyd edib:

"Mən bölgələrə gedirəm, hamı "uşaqpulu”ndan danışır. Bu məsələni birdəfəlik həll etmək lazımdır”.