29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan: 154 nəfər sağalma, 175 yoluxma, 3 vəfat

09.09.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 154 nəfər müalicə olunaraq sağalıb, 175 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib. Aktiv xəstə sayı 2058 nəfərdir.

Ötən müddət ərzində 980 min 978 test aparılıb. Bugünkü test sayı isə 7040-dır.