07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məleykə Abbaszadə abituriyent və valideynlərə müraciət edib

08.09.2020


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abiturieyntlərə və onların valideynlərinə müraciət edib.

Sentyabrın 10-dan ali məktəblərə ixtisaas seçiminin başlanacağını bildirən M. Abbaszadə bütün abituriyentləri ixtisas seçimində diqqətli olmağa çağırıb: "Məsləhətim budur ki, hər kəs ixtisas seçimini özü etsin, bunu kiməsə həvalə etməsin.

Biz sosial medianı araşdıranda görürük ki, kimlərsə başqalarının əvəzinə ixtisas seçimi edir, bunu məsləhət görmürəm. İxtisas seçimi ilə əlaqədar Bakıda 6 universitetdə və 9 regional bölməmizdə məsləhət mərkəzləri olacaq, bütün xidmətlər pulsuzdur. Elektron növbə götürməklə abituriyentlər məsləhət mərkəzinə müraciət edə bilərlər. Amma düşünürəm ki, buna o qədər də ehtiyac yoxdur. "Abituriyent” jurnalına diqqətlə baxmaqla onlar düzgün seçim edə biləcəklər. İndi onların əllərində şəxsi nəticələri var, diqqətli olsunlar ki, ixtisas seçimi zamanı səhvə yol verməsinlər. Çünki bu zaman ərizə təsdiqlənməyəcək. Bütün ixtisas qrupları üzrə nələrə diqqət edilməsi barədə də kitabçalar var".