07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusa qarşı peyvənd mülki dövriyyəyə buraxılıb

08.09.2020


Rusiya istehsalı olan koronavirus əleyhinə "Sputnik V” vaksini mülki dövriyyəyə buraxılıb.

Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qurumun məlumatına əsasən, bütün lazımi laboratoriya sınaqlarından uğurla keçən vaksin yaxın günlərdə regionlara çatdırılacaq.

Qeyd edək ki, COVID-19 xəstəliyinin profilaktikası üzrə Rusiya Birbaşa İnvestisiyalar Fondu və Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqatlar Mərkəzinin hazırladığı dünyanın ilk preparatı avqust ayında qeydiyyatdan keçib. Vaksin sınaqlar zamanı iştirakçılarda 100 faizlik davamlı immun cavabı formalaşdırıb və onlarda heç bir meyar üzrə ciddi xoşagəlməz təsirlər müşahidə edilməyib.

Bununla yanaşı, peyvənd olunmuş könüllülərdə virus neytrallaşdırıcı anticisimlərin səviyyəsi xəstəlikdən sağalan insanların anticisimlərindən 1,4-1,5 dəfə çox olub.