07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Azərbaycan millisi Kipr seçməsi ilə qarşılaşacaq

08.09.2020


Futbol üzrə Azərbaycan yığma komandası sentyabrın 8-də UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Kipr seçməsi ilə qarşılaşacaq.

Nikosiyadakı "GSP” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.

Lüksemburq yığması ilə matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq. Kipr seçməsində isə Nikolas İoannu öz istəyi ilə heyətdən çıxarılıb.