27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məqsəd Türkiyəni uzaqlaşdırmaqdır - Polkovnik

07.09.2020

Türkiyə səhv addım atarsa, təzminat ödəməyə məhkum ediləcək.

Bunu türkiyəli hərbi ekspert, ektiyatda olan polkovnik Əli Coşar deyib.

O bildirib ki, Fransanın əsrlər boyu müstəmləkələrdən qazandığı gəlirlər azalıb:

"Fransa COVİD-19-la da bağlı problemlər yaşayır. Bütün bunlar Parisi narahat edir. Bundan başqa, Fransanın arxasında ABŞ dayanıb. ABŞ Fransanı, Fransa da Yunanıstanı istədiyi kimi idarə edir. Onlar iqtisadiyyatı dirçəltmək üçün Afinaya silah satmaq istəyir. Digər tərəfdən isə Almaniya və Fransa arasında liderlik uğrunda mübarizə də mövcuddur. Almaniya bu mübarizəni uduzmamaq üçün davamlı olaraq Türkiyəyə gəlir. Proseslər arasında İngiltərəni də unutmamalıyıq. O da pusquda gözləyir. Bunların tək məqsədi Türkiyəni bölgədən uzaqlaşdırmaqdır. Son olaraq münaqişədə ilk zərbəni endirən hər zaman günahkardır. Ona görə də yunanlar həmişə türkləri təxribata çəkir. Türkiyə səhv addım atarsa, təzminat ödəməyə məhkum ediləcək”.