27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün 161 yoluxma olub, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib

05.09.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 161 yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib. Aktiv xəstə sayı 2082 nəfərdir.

Ötən müddət ərzində 956 min 492 test aparılıb. Bugünkü test sayı isə 7179-dur.