27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərnişindaşıma xidməti üzrə tarif müzakirə olunmur

04.09.2020


Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib. Hazırda Tarif (qiymət) Şurasında bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.