03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruz Məmmədovdan Ramiz Mehdiyevlə bağlı MÜNASİBƏT

04.09.2020

"Son günlər baş verənlər barədə danışmaq istəmirəm”.

Bunu Baş nazir, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra baş verənlərə münasibət bildirərkən deyib.

Novruz Məmmədov məlum hadisələr barədə susmağı üstün tutub.

Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev bir müddət öncə ölkədə davam edən karantin qaydalarını pozaraq qızına toy edib.

Məlum toya bəzi tanınmış ictimai-siyasi simaların da qatılması cəmiyyətdə narazılıqlara səbəb olub. Toy sahibi də başda olmaqla, mərasimdə iştirak edənlər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

AMEA prezidenti Ramiz Mehdiyev isə öz ünvanına səslənən fikirlərə cavab olaraq akademiyanın saytında ard-arda dörd geniş materialla çıxış edib.