02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əsədovdan sərt XƏBƏRDARLIQ

04.09.2020

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:

"Bu, "Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir.

Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.