02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DTX əməliyyatı: Saxlanılan şəxslər kimlərdir?

03.09.2020

Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyev deyil, onun müavini saxlanılıb.

Bunu açıqlamasında Biləsuvar İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şahin İsgəndərov deyib. O bildirib ki, əməliyyat çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun müdir müavini Ədalət Mürsəlov saxlanılıb, lakin sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, Unikal.org saytı Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyevin saxlanılması barədə məlumat yayıb.