02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

700 bal toplayan abituriyent seçimini etdi

03.09.2020

Pandemiyaya qədər fərdi hazırlıq kursuna gedirdim. Onlayn dərslərə keçəndən sonra kurslar fəaliyyətini dayandırdı və kursumuz da onlayn formada hazırlıq keçməyə başladı.

Bunu açıqlamasında 2019-2020 tədris ilinin yekununda ali məktəbə qəbul imtahanlarında I ixtisas qrupu üzrə maksimum nəticə toplayan abituriyent Hüseyn Abdullayev deyib. O bildirb ki, artıq universitet seçimini də edib:

"Bakı Ali Neft Məktəbini seçəcəm. İxtisasım da böyük ehtimalla informasiya təhlükəsizliyi olacaq. Bu, dövrümüzün aktual sahələrindən biridir. Azərbaycanda da bu sahəyə böyük tələbat var”.

H.Abdullayev bildirib ki, 700 bal toplamağında bütün müəllimlərinin rolu var:

"700 bal toplamağımı ilk olaraq dostumdan eşitdim. Daha dəqiq desək, dostum bildirdi ki, cavablar çıxıb. Mən də sayta daxil olub gördüm ki, maksimum nəticə göstərmişəm. Çox sevindim. Bütün abituriyentlərə uğurlar arzulayıram”.