08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ təyyarəsi qəzaya uğrayıb

23.06.2018

Nyu-Meksiko ştatında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yüngül mühərrikli A-29 "Super Tucano” təyyarəsi qəzaya uğrayıb.
Bunu "Holloman” aviabazasının nümayəndəsi bildirib. Onun sözlərinə görə, insident iyunun 22-də yerli vaxtla saat 11:30-da "Red Rio” poliqonu yaxınlığında baş verib. Hadisə nəticəsində xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Digər hərbçinin aqibəti barədə informasiya isə dəqiq deyil.
A-29 "Super Tucano” Braziliyanın yüngül mühərrikli EMB-314 "Super Tucano” hücum təyyarəsinin ABŞ üçün nəzərdə tutulan modifikasiyasıdır. Pentaqon ondan təlim, kəşfiyyat və aviasiya dəstəyi təyyarəsi kimi istifadə edir.
Xatırladaq ki, may ayının əvvəllərində Corciya ştatında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 9 hərbçinin hamısı həlak olmuşdu.