09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Xəzər TV-də nə baş verir? - AÇIQLAMA

02.09.2020

Son günlər Xəzər TV-nin əməkdaşlarının işdən azad olunması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Bəzi aparıcılar öz istəkləri ilə işdən uzaqlaşdıqlarını desələr də, digərləri ilə bağlı qaranlıq məqamlar mövcuddur.

Xəzər TV-nin rəhbəri Murad Dadaşov Nyus24.az-a açıqlamasında prosesə aydınlıq gətirib.

"Hazırda son məsələlərlə bağlı açıqlama vermək çətindir. Çünki bəzi məsələlər var ki, təsisçilərimizlə onları təsdiqləməliyik. Biz "Dalğa”nı inkişaf etdirmək istəyirik ki, gələcəkdə sevilən, seçilən bir kanal olsun. Bu baxımdan hətta bəzi verilişləri Dalğa TV-də yayımlamaq fikrindəyik. Hansı verilişlər gedəcək, hansılar qalacaq, bu, pandemiya və reklam bazarı ilə bağlı nüanslardır. Həmçinin, verilişlərin tərtibi məsələsində məlum səbəbdən tamaşaçıları dəvət edə bilmirik. Zaur Kamal və digər aparıcılar öz fəaliyyətlərini davam etdirirlər. Onlar işdən azad edilməyib və tamaşaçılar tərəfindən sevilən simalardır. Sadəcə olaraq həmin şəxslərlə bağlı Xəzər Televiziyasında yeni layihələr nəzərdə tutulub”.