Makrondan islamı təhqir edənlərə DƏSTƏK 
    
                          
     
                         02.09.2020
 
    
                        Fransa Prezidenti Emanuel Makron Məhəmməd peyğəmbərin karikaturasını çəkən "Şarli Hebdo” (Charlie Hebdo) jurnalına dəstək verib.
Prezident açıqlamasında Fransada mətbuat azadlığının mövcud olduğunu deyib.
"Prezident qəzet və xəbər kanallarının redaktor seçimlərinə şərh verə bilməz. Mən bu ölkədəki fikir azadlığını qorumaq üçün burdayam”, - Makron bildirib.
Qeyd edək ki, "Şarli Hebdo” jurnalının sabaha olan xüsusi buraxılışında 2006-cı ildə yayımlanan 12 mübahisəli karikatura yenidən üz qabığı olacaq.