05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Neftçi” ilə oyun ərfəsində “Qalatasaray”ya ciddi itki

01.09.2020


UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi” ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Yarımmüdafiəçi Emre Akbaba uzun müddətə sıradan çıxıb.

İyulun 24-də Super Liqada ötən mövsümün "Antalyaspor”la son oyununda zədələnən 28 yaşlı orta sahə oyunçusu yenidən tibbi müayinədən keçib. Məlum olub ki, Türkiyə millisinin üzvü təxminən 2 ay komandaya kömək edə bilməyəcək.

Akbaba ən yaxşı halda oktyabrın ortalarında kollektivə qoşula biləcək. Beləliklə, futbolçu "Neftçi” ilə Bakıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, "Neftçi”–"Qalatasaray” oyunu sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək.