05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda koronavirus: 143 yoluxma, 130 sağalma, 2 vəfat

01.09.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 143 yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 36 min 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib. Aktiv xəstə sayı 2065 nəfərdir.

Ötən müddət ərzində 928 min 666 test aparılıb. Bugünkü test sayı isə 6597-dir.