28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis olduğu deyilən şəxs öz anasını söydü - VİDEO

01.09.2020

Azərbaycanda yaşlı qadını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia edilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə ailədaxili mübahisə zamanı gənc kişinin yaşlı qadını (anası olduğu deyilir) söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya "ananı söyməzlər...” ifadəsini işlədib. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.

Sosial şəbəkədə paylaşılan videoda həmin şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edilir.

Hələ ki, hüquq-mühafizə orqanları məsələyə münasibət bildirməyib. Lakin "Report”un əldə etdiyi məlumata görə, həmin görüntülərlə bağlı polis araşdırmalara başlayıb.