28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq artisti etiraz edir: Axırımız nə olacaq...

31.08.2020

Karantin rejimi Xalq artisti, teatr və kino aktyoru Ramiz Məlikin işlərində durğunluğa səbəb olub. 

Yenisabah.az-a danışan aktyor teatrların bağlı olmasından gileylənib: 

"Karantin vaxtı hansı yenilikdən söhbət gedə bilər? Kütləvi tədbirlər keçirilmir, teatrlar da sentyabrın 30-na qədər bağlı qalacaq. Hələ heç bilinmir ki, nə vaxt açılacaq. Bu canlı bir orqanizmdir, işləməlidir. Amma hər şey dayanıb. Teatr da, kino da dayandı. Axırımız nə olacaq bilmirəm. Serial çəkilişləri davam edir ya yox, bilmirəm çünki heç bir seriala çəkilmirəm”. 

Qeyd edək ki, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.