28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hindistanda yoluxma sayı sürətlə artır

30.08.2020


Hindistanda ötən sutka ərzində 78 min 761 nəfərin COVID-19 infeksiyasına yoluxması təsdiqlənib. Bu, ölkədə gündəlik yoluxma sayı üzrə ən yüksək göstəricidir. Ötən gün dünyada gündəlik ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb. Ardıcıl 4 gündür ki, Hindistanda sutkalıq yoluxma sayı 70 mindən çoxdur.

 Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə indiyədək 3 milyon 542 min 733 nəfər bu virusa yoluxub. Ötən sutka COVID-19 səbəbindən 948 ölümün qeydə alınması ilə pandemiya qurbanlarının sayı 63 min 498-ə çatıb. Virusa yoluxanların 76 faizinin sağaldığı, 1,81 faizinin isə öldüyü bildirilir.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra 3-cü sıradadır.