28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Uçan avtomobil”in sınaqları KİV-ə təqdim edilib

30.08.2020


Yaponiyanın "SkyDrive” startap şirkəti pilot tərəfindən idarə edilən "uçan avtomobil”in sınaqlarını kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edib.

Mərkəzi ofisi Tokioda yerləşən "SkyDrive” şirkəti "uçan avtomobil”in sınaqlarına ötən ilin dekabrında Aiçi prefekturasının Toyota şəhərində başlayıb. Həmin startap şirkətinin "Toyota”nın və digər avtomobil istehsalçısı olan şirkətlərin sabiq əməkdaşları tərəfindən yaradıldığı bildirilir. Bu avtomobillərdə pilotsuz uçan aparatların propellerindən istifadə edilir.

KİV nümayəndələri üçün təqdim edilən SD-03 modelinin sınaqları zamanı pilot bu nəqliyyat vasitəsini idarəetmə dəstəyi vasitəsilə istiqamətləndirib. Avtomobilin uzunluğu təqribən 4 metrə, hündürlüyü isə təqribən 2 metrə çatır.

Sınaqlar zamanı təqribən iki metr hündürlüyə qalxan avtomobil sınaq meydançasında saatda 4 kilometr sürətlə hərəkət edib.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, "SkyDrive” Yaponiyada pilot tərəfindən idarə edilən "uçan avtomobil”in uğurlu sınağını keçirən ilk şirkətdir.

Əlavə olaraq qeyd edək ki, hazırda bütün dünya yollarda tıxacları aradan qaldırmağa yardım edəcək bu avtomobillərin istehsalını səbirsizliklə gözləyir.