28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəyə vaksinlər gətirilir

29.08.2020

"Dünyada son statistika heç də ürəkaçan deyil. Avropa ölkələrində yoluxma halları artır. Azərbaycandakı hazırkı vəziyyət isə bizi sevindirir”. 

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqdə TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitəsinin sədri Akif Qurbanov deyib.

O qeyd edib ki, bugünkü vəziyyət arxayınlaşdırmamalıdır: "Bizdə mərhələylə yumşalma tədbirləri həyata keçirilir. Qarşıdan payız mövsümü gəlir. Qrip və ona bənzər xəstəliklərin sayı artır. Hazırkı qorunma digər xəstəliklərdən bizi qoruya bilər. Dövlət səviyyəsində mövsümü qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 1-2 ay ərzində bu vaksinlər ölkəyə gətiriləcək”.