28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunanıstanın “F-16”-ları Türkiyənin ərazi sularından uzaqlaşdırılıb

29.08.2020


Türkiyə Hərbi Hava Qüvvələrinin radar sistemi avqustun 27-də altı ədəd "F-16” qırıcısının Girit adasından qalxaraq Kipr Adasının yunan tərəfinə uçduğunu təsbit edib.

Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verir ki, həmin təyyarələr Türkiyə tərəfinin "Navtex” (dənizçilərə elan) elan etdiyi bölgəyə yaxınlaşıb. Bu təyyarələri bölgədən uzaqlaşdırmaq məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları səmaya qaldırılıb. Girit adasından qalxan təyyarələrin Yunanıstana aid olduğu müəyyən edilib və bölgədən uzaqlaşdırılıb.

Məlumatda bildirilir ki, Türkiyənin dəniz və aviasiya qüvvələri ölkənin Şərqi Aralıq dənizindəki haqqını və mənafelərinin müdafiəsini davam etdirəcək.