28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan dili üzrə imtahanın nəticələri açıqlanıb

29.08.2020


Avqustun 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin birinci Azərbaycan dili imtahanında iştirak etməyən və ya "qeyri-məqbul” qiymət alan abituriyentlər üçün "Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirilib.

DİM-dən bildirilib ki, imtahanın nəticələri Mərkəzin internet saytında yerləşdirilib. Abituriyentlər "Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə edib nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmiş şəxslər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1526 abituriyentdən 156 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1370 abituriyentdən 507 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb.

Qeyd edək ki, abituriyentlərin düzgün cavablarının sayı 15 və daha yuxarı olduqda "məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.