09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DÇ-2018 İsveçrə Serbiyanı məğlub etdi

23.06.2018

Rusiyada keçirilən dünya çempionatının doqquzuncu gününün son oyununda "E” qrupunda yer alan Serbiya və İsveçrə milliləri qarşılaşıblar. Modern.az xəbər verir ki,  "Kalininqrad Arena”da keçirilən görüşdə hesabı Serbiya yığması açıb. Amma sonradan iki ardıcıl qol vuran İsveçrə millisi 2:1 hesablı qələbə qazanıb.

İlk turda Kosta-Rikanı (1:0) məğlub edən Serbiya millisinin 3 xalı var idi. İsveçrə seçməsi isə qrupun favoriti Braziliya yığması ilə heç-heçə etdiyindən bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb.
Qeyd edək ki, Serbiya və İsveçrə yığmaları ilk dəfədir qarşılaşırlar. İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.