28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Patrik Andrade artıq Ağdamın “Qarabağ” klubundadır

28.08.2020


Ağdamın "Qarabağ” klubu cari mövsüm üçün növbəti transferini reallaşdırıb.

Klubun rəsmi "Facebook” səhifəsi xəbər verir ki, Ağdam klubu kabo-verdeli futbolçu Patrik Andradeni heyətinə qatıb.

Mərkəz yarımmüdafiəçisi ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ölkəsinin "Sportinq”, "Desportivo”, "Benfika” klublarında oynadıqdan sonra Portuqaliyanın "Ribeyrao” komandasına üz tutan Andrade, 2013-2014-cü il mövsümündə "Joane”də icarə əsasında çıxış edib. 2014-cü ildən 2018-ci ilədək "Moreyrense”də çıxış edən futbolçu həmin illərdə "Famalikao” və "Salqeyros”da icarədə oynayıb. 2018-ci ildən isə o, Bolqarıstanın "Çerno More” komandasında çıxış edib.